Superliqa klubu "Qarabağ"ın sabiq qapıçısını istəyir

Superliqa klubu "Qarabağ"ın sabiq qapıçısını istəyir Hazırda Türkiyənin Erzurumspor klubunda çıxış edən Qarabağın sabiq qapıçısı İbrahim Şehiç Superliqada oynaya bilər.
Futbol
23 İyun , 2020 18:01
Superliqa klubu Qarabağın sabiq qapıçısını istəyir

Hazırda Türkiyənin "Erzurumspor" klubunda çıxış edən "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç Superliqada oynaya bilər. 

"Report" yerli mətbuata istinadən xəbər verir ki, "Göztəpə" təcrübəli qolkiperi heyətinə cəlb etmək niyyətindədir. 

İzmir təmsilçisinin əsas qapıçısı Beto ilə İstanbul nəhəngləri - "Beşiktaş" və "Qalatasaray" maraqlanır. Beto "Göztəpə"ni tərk edərsə, Şehiçin komandaya cəlb olunma ehtimalı böyükdür. 

Qeyd edək ki, İbrahim Şehiç "Qarabağ"da 2013 - 2018-ci ildə çıxış edib. Onun hazırkı klubu ilə sözləşməsi mövsümün sonunda bitir. Şehiçin "Qarabağ"a qayıtmaq ehtimalının olduğu da yazılıb.  

Son xəbərlər

Orphus sistemi