Azərbaycan millisinin Türkiyə Super Liqasında çıxış edən futbolçularının qiyməti açıqlanıb

Azərbaycan millisinin Türkiyə Super Liqasında çıxış edən futbolçularının qiyməti açıqlanıb Deniz Yılmaz Ramil Şeydayevdən 4,5 dəfə dəyərlidir
Futbol
105
17 Yanvar , 2017 09:38
Azərbaycan millisinin Türkiyə Super Liqasında çıxış edən futbolçularının qiyməti açıqlanıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Türkiyə Super Liqasında çıxış edən Azərbaycan millisinin futbolçularının transfer qiyməti açıqlanıb. "Report"un məlumatına görə, məşhur "Transfermarkt" saytı "Bursaspor"un hücumçusu Dəniz Yılmaza 1 milyon 910 min avro dəyər verib.

29 yaşlı oyunçunun transfer qiymətinin əvvəlki aylarla müqayisədə artdığı göstərilir.

"Trabzonspor"da forma geyinən Ramil Şeydayevdə isə bu göstərici, demək olar ki, Yılmazdan təxminən 4,5 dəfə azdır. Sayt Şeydayevə 425 min avro qiymət qoyub.

Qeyd edək ki, hazırda Super Liqanın ən bahalı oyunçusu "Qalatasaray"ın qapıçısı Fernando Musleradır. Onun transfer dəyəri 11 milyon 900 min avrodur.

Son xəbərlər

Orphus sistemi