Süni örtüklü meydançaların xərçəngə yol açdığı açıqlanıb

Süni örtüklü meydançaların xərçəngə yol açdığı açıqlanıb Bu məsələ üzərində ciddi işlər aparılır
Futbol
382
14 Fevral , 2015 12:30
Süni örtüklü meydançaların xərçəngə yol açdığı açıqlanıb

Bakı. 14 fevral. REPORT.AZ/ Onkoloji xəstəliklər üzrə Türkiyənin aparıcı mütəxəssislərindən sayılan professor Erkan Topuz milyonlarla insanı yaxından maraqlandıran çox vacib xəbərdarlıq edib. "Report"un məlumatına görə, E.Topuz bəzi stadionlar və meydaçanlar üçün süni örtüklərin istehsalı zamanı istifadə olunan maddənin xərçəngə yol açdığını bildirib.

O deyib ki, xüsusən qapıçılar bu məsələdə böyük risk altındadırlar: "ABŞ-da aparılan əməliyyat nəticəsində 50 qapıçıda leykoz xəstəliyi aşkarlanıb. Səbəbini araşdırıblar, məlum olub ki, qapıçı topa tullandığı zaman hər hansı cızıq və kiçik yara əmələ gəldikdə süni örtüyün bir maddəsi bədəninə keçir".

E.Topuzun sözlərinə görə, bu məsələ üzərində ciddi işlər aparılır. Amma süni örtüyü istehsal edən böyük firmalardan müəyyən etirazlar gəlir. Hazırda ABŞ senatında danışıqlar davam edir.

Qeyd edək ki, Azərbaycanda kifayət qədər süni örtüklü kiçik və böyük stadionlar mövcuddur. Hətta belə arenalardan bəzilərində Premyer Liqa qarşılaşmaları keçirilir. 

Son xəbərlər

Orphus sistemi