AFFA "Sumqayıt" və "Neftçi"nin futbolçusuna bir oyunluq cəza verib

AFFA "Sumqayıt" və "Neftçi"nin futbolçusuna bir oyunluq cəza verib AFFA İntizam Komitəsi Sumqayıtın futbolçusu Mehdi Şərifini bir oyunluq cəzalandırıb.
Futbol
25 Sentyabr , 2019 12:53
AFFA Sumqayıt və Neftçinin futbolçusuna bir oyunluq cəza verib

AFFA İntizam Komitəsi "Sumqayıt"ın futbolçusu Mehdi Şərifini bir oyunluq cəzalandırıb. 

"Report"un məlumatına görə, buna oyunçunun Premyer Liqanın V turunda evdə "Sabah"ı məğlub etdikləri (1:0) görüşdə ikinci sarı vərəqəni alaraq meydandan qovulması səbəb olub. "Gənclik şəhəri" təmsilçisi bunun üçün 200 manat məbləğində cərimələnib. Qurum "Sabah"a da 800 manat cərimə kəsib. Komandanın 5 futbolçusu "Sumqayıt"la matçda sarı vərəqə alıb. 

İntizam Komitəsi "Neftçi"nin legioneri Donald Geryeyə də bir oyunluq cəza verib. Haitili müdafiəçi "Keşlə" ilə heç-heçə etdikləri görüşdə (0:0) ikinci sarı vərəqəni alaraq meydandan qovulub. O, bunun üçün klubunu 200 manat ziyana da salıb. "Keşlə" isə 800 manat məbləğində cərimə olunub. Paytaxt təmsilçisinin 4 oyunçusu flaqmanla oyunda sarı vərəqə ilə cəzalandırılıb. 

"Qəbələ" klubu da 800 manat ödəməli olacaq. Əyalət təmsilçisinin 6 üzvü V turda "Səbail"lə heç-heçə (1:1) etdiyi qarşılaşmada sarı vərəqə alıb. 

Son xəbərlər

Orphus sistemi