"Sumqayıt" Türkiyə klubunu məğlub edib

"Sumqayıt" Türkiyə klubunu məğlub edib Bakı. 25 iyul. REPORT.AZ/ Türkiyədə Bolu bölgəsində təlim-məşq toplanışında olan Sumqayıt klubu bu gün növbəti yoxlama oyununa çıxıb.
Futbol
25 İyul , 2018 18:33
Sumqayıt Türkiyə klubunu məğlub edib

Bakı. 25 iyul. REPORT.AZ/ Türkiyədə Bolu bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt" klubu bu gün növbəti yoxlama oyununa çıxıb.

"Report"un məlumatına görə, komanda Türkiyə Super Liqasında çıxış edən "Yeni Malatyaspor"la üz-üzə gəlib.

Qarşılaşma "Sumqayıt"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində Yusif Nəbiyev 36-cı dəqiqədə hesabı açıb. 39-cu dəqiqədə isə Əfran İsmayılov fərqi iki topa çatdırıb. Yusif Nəbiyev 60-cı dəqiqədə fərqlənməklə özünün ikinci komandasının üçüncü qoluna imza atıb. 65-ci dəqiqədə isə "Yeni Malatyaspor"un futbolçusu İsiar Dia fərqi azaldıb.

Qeyd edək ki, “Sumqayıt” Bolu toplanışında Qətər təmsilçisi Əl-Şəhaniyə” ilə 1:1 hesablı heç-heçə edib və Türkiyə Super Liqasında yer alan “Alanyaspor"a uduzub – 0:7

Son xəbərlər

Orphus sistemi