"Sumqayıt" Türkiyə klubu ilə qarşılaşacaq

"Sumqayıt" Türkiyə klubu ilə qarşılaşacaq Bakı. 24 iyul. REPORT.AZ/ Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan “Sumqayıt” klubunun yoxlama matçı keçirəcəyi daha bir rəqibi müəyyənləşib.
Futbol
24 İyul , 2018 16:06
Sumqayıt Türkiyə klubu ilə qarşılaşacaq
0 : 00
0 : 00

Bakı. 24 iyul. REPORT.AZ/ Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan “Sumqayıt” klubunun yoxlama matçı keçirəcəyi daha bir rəqibi müəyyənləşib.

Klubun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, Nazim Süleymanovun rəhbərlik etdiyi kollektiv Türkiyə Super Liqasında çıxış edən “Yeni Malatyaspor”la üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, “Sumqayıt” Bolu toplanışında Qətər təmsilçisi Əl-Şəhaniyə” ilə 1:1 hesablı heç-heçə edib və Türkiyə Super Liqasında yer alan “Alanyaspor"a uduzub – 0:7. Premyer Liqa klubu hazırlıq dönəmində daha bir yoxlama görüşü planlaşdırır. 

Son xəbərlər

Orphus sistemi