"Sumqayıt" sabiq futbolçusu ilə müqavilə imzalayıb

"Sumqayıt" sabiq futbolçusu ilə müqavilə imzalayıb Dövrələrarası fasilədə transfer çalışmalarını davam etdirən “Sumqayıt” Vüqar Bəybalayevdən sonra daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Futbol
12 Yanvar , 2022 16:02
Sumqayıt sabiq futbolçusu ilə müqavilə imzalayıb
Elşən Abdullayev

Dövrələrarası fasilədə transfer çalışmalarını davam etdirən “Sumqayıt” Vüqar Bəybalayevdən sonra daha bir futbolçunun keçidini rəsmiləşdirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi son olaraq “Səbail”də çıxış etmiş yarımmüdafiəçi Elşən Abdullayevlə 2,5 illik müqavilə imzalayıb. 28 yaşlı oyunçu yeni komandasında “24” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 2013/14 mövsümündə də icarə əsasında “Sumqayıt”ın şərəfini qorumuş Elşən Abdullayev həmin dönəmdə meydana çıxdığı 17 qarşılaşmada 1 dəfə qol vurub. O, son klubu “Səbail”lə yanaşı “Neftçi”, “Qarabağ”, Zirə” və “Sabah”da da çıxış edib. 23 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə 4-cü İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş Abdullayev U-17, U-19 və U-21 yığmalarının də uğurları üçün çalışıb.

Son xəbərlər

Orphus sistemi