Ayxan Abbasov: "O, maraq dairəmizdə olan futbolçudur"

Ayxan Abbasov: "O, maraq dairəmizdə olan futbolçudur" Bakı. 4 yanvar. REPORT.AZ/ “Sumqayıt” klubu heyətinə rusiyalı futbolçu cəlb edə bilər.
Futbol
4 Yanvar , 2019 13:10
Ayxan Abbasov: O, maraq dairəmizdə olan futbolçudur

Bakı. 4 yanvar. REPORT.AZ/ “Sumqayıt” klubu heyətinə rusiyalı futbolçu cəlb edə bilər.

Bu barədə “Report”a komandanın baş məşqçisi Ayxan Abbasov məlumat verib. O bildirib ki, söhbət ötən ilin yayında “Sumqayıt”da iki həftə baxışda olan Sərdar Sərdarovdan gedir: “Onun “Krakoviya”dan gedişi hələ dəqiqləşməyib. Maraq dairəmizdə olan futbolçudur. Lakin hələ bizə konkret bir söz deməyib. Ola bilsin başqa təklifləri də var”.

“Sumqayıt” ötən ilin avqustunda 24 yaşlı hücumçu ilə şəxsi sözləşməni razılaşdırsa da, müqavilə üzrə məxsus olduğu Rusiya “Yenisey”inin tələb etdiyi məbləği ödəyə bilməyib. Belədə, forvard Polşanın “Krakoviya” klubuna keçib.

Qeyd edək ki, Sərdarov karyerası ərzində Rusiyanın “Anji”, “Ural” və “Krılya Sovetov”, elcədə Bolqarıstanın “Slaviya” komandasının formasını geyinib.

Son xəbərlər

Orphus sistemi