"Sumqayıt" - "Qəbələ" matçında qalib müəyyənləşmədi

"Sumqayıt" - "Qəbələ" matçında qalib müəyyənləşmədi Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün qalan hissəsinə hazırlaşan Sumqayıt və Qəbələ komandaları yoxlama oyununda üz-üzə gəlib.
Futbol
10 İyun , 2020 21:53
Sumqayıt - Qəbələ matçında qalib müəyyənləşmədi

Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün qalan hissəsinə hazırlaşan "Sumqayıt" və "Qəbələ" komandaları yoxlama oyununda üz-üzə gəlib.

"Report"un məlumatına görə, "Kapital Bank Arena"da təşkil olunmuş qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

İlk qolu 7-ci dəqiqədə meydan sahiblərinin istedadlı futbolçusu Elvin Cəfərquliyev vurub. 35-ci dəqiqədə "Sumqayıt"ın hücumçusu Mehdi Şərifi penaltidən yararlana bilməyib.

Əvəzində "Qəbələ"dən Roman Hüseynov 40-cı dəqiqədə bərabərlik qolunu vurub, 59-cu dəqiqədə isə Nikolas Raysel penaltini dəqiq yerinə yetirib.

"Sumqayıt"ın bərabərlik qoluna 73-cü dəqiqədə Amil Yunanov imza atıb.

Beləliklə, bu gün keçirilmiş hər üç oyunda qapılara 4 qol vurulub. Daha əvvəl "Neftçi" "Keşlə"ni 3:1 hesabı ilə yenib. "Zirə" - "Səbail" oyununda isə qalib müəyyənləşməyib - 2:2.

Son xəbərlər

Orphus sistemi