"Sumqayıt" “Qarabağ Vyana"nın müdafiəçisi ilə müqavilə bağlayıb

"Sumqayıt" “Qarabağ Vyana"nın müdafiəçisi ilə müqavilə bağlayıb Bakı. 3 iyul. REPORT.AZ/ 2018/2019 futbol mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu daha bir futbolçunu heyətinə qatıb.
Futbol
3 İyul , 2018 13:21
Sumqayıt “Qarabağ Vyananın müdafiəçisi ilə müqavilə bağlayıb
0 : 00
0 : 00

Bakı. 3 iyul. REPORT.AZ/ 2018/2019 futbol mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” klubu daha bir futbolçunu heyətinə qatıb.

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, "gənclik şəhəri" təmsilçisi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının müdafiəçisi Dmitri Nağıyevlə 1 illik müqavilə imzalayıb. Nağıyev "gənclik şəhəri" təmsilçisində 33 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, 2012-ci ildən Ukrayna “Dnepr”ində (13 oyun, 1 qol) çıxış edən Dmitri Nağıyev ötən mövsümü Avstriyanın “Qarabağ Vyana" klubunda (15 oyun, 1 qol) keçirib. Nağıyev həmçinin 2015-2016 ci illərdə U-21 millisində 2 oyunda meydanda olub.

Son xəbərlər

Orphus sistemi