"Sumqayıt" - "Qarabağ" matçından sonra qalmaqal baş verib

"Sumqayıt" - "Qarabağ" matçından sonra qalmaqal baş verib "Sumqayıt"ın baş məşqçisi oyunu idarə edən hakimlər briqadasına hücum çəkib
Futbol
22 Aprel , 2018 21:33
Sumqayıt - Qarabağ matçından sonra qalmaqal baş verib

Bakı. 22 aprel. REPORT.AZ/ Topaz Premyer Liqasının XXIV turunda "Sumqayıt"ın "Qarabağ"a evdə 0:1 hesabı ilə uduzduğu oyundan sonra qalmaqal baş verib.

"Report" xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi Samir Abasov oyunu idarə edən Ömər Paşayevin rəhbərlik etdiyi hakimlər briqadasına hücum çəkib.

Onlara sərt şəkildə etiraz edən 40 yaşlı mütəxəssisi çətinliklə sakitləşdirmək mümkün olub.

Bu qələbədən sonra "Qarabağ" çempionluğunu rəsmiləşdirib.

Son xəbərlər

Orphus sistemi