"Sumqayıt" - "Qarabağ" görüşünün vaxtı dəyişdirilib

"Sumqayıt" - "Qarabağ" görüşünün vaxtı dəyişdirilib Bu barədə Peşəkar Futbol Liqası ​qərar qəbul edib
Futbol
19 Aprel , 2018 19:18
Sumqayıt - Qarabağ görüşünün vaxtı dəyişdirilib

Bakı. 19 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun "Sumqayıt" - "Qarabağ" görüşünün vaxtı dəyişdirilib. 

"Report"un məlumatına görə, bu barədə Peşəkar Futbol Liqası qərar qəbul edib.

"Sumqayıt" klubu “Qarabağ”la görüşün nəzərdə tutulandan 1 gün sonra – 22 apreldə keçirilməsini xahiş edib. "Gənclik şəhəri" təmsilçisinin müraciətini və “Qarabağ”ın razılıq məktubunu alan PFL oyunun vaxtını 22 aprel saat 19:00-a təyin edib. 

Beləliklə, "Sumqayıt" - "Qarabağ" qarşılaşması "Neftçi" - "Qəbələ" görüşü ilə eyni vaxtda başlayacaq. 

Son xəbərlər

Orphus sistemi