"Sumqayıt" - "Qarabağ": Beşi oynamayacaq, biri sual altındadır

"Sumqayıt" - "Qarabağ": Beşi oynamayacaq, biri sual altındadır Azərbaycan Premyer Liqasının XVI turunda üz-üzə gələcək "Suqmayıt" və "Qarabağ" komandaları oyuna itkilərlə çıxacaqlar
Futbol
18 Fevral , 2021 13:56
Sumqayıt - Qarabağ: Beşi oynamayacaq, biri sual altındadır

Azərbaycan Premyer Liqasının XVI turunda üz-üzə gələcək "Suqmayıt" və "Qarabağ" komandaları oyuna itkilərlə çıxacaqlar.

"Report"un məlumatına görə, Ağdam klubunda cəzalı Kevin Medina ilə yanaşı, zədəlilər Kvabena Ovusu və Rahil Məmmədov da sabahkı matçı buraxacaq. Zədəsini yenicə sağaltmış Filip Ozobiçin isə meydana çıxıb-çıxmayacağı sual altındadır.

"Sumqayıt"da isə kapitan Vurğun Hüseynovla cinah müdafiəçisi Cabir Əmirlinin zədəsi davam edir. Hər iki futbolçu "Qarabağ"a qarşı oynamayacaq.

Qeyd edək ki, "Kapital Banl Arena"da keçiriləcək "Sumqayıt" - "Qarabağ" görüşü saat 18:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi