"Sumqayıt" - "Neftçi" oyununda insident baş verib

"Sumqayıt" - "Neftçi" oyununda insident baş verib "Sumqayıt" və "Neftçi" komandaları arasında keçirilən futbol üzrə Azərbaycan Premyer Liqasının VII tur matçında insident baş verib.
Futbol
17 Oktyabr , 2021 17:07
Sumqayıt - Neftçi oyununda insident baş verib

"Sumqayıt" və "Neftçi" komandaları arasında keçirilən futbol üzrə Azərbaycan Premyer Liqasının VII tur matçında insident baş verib.

"Report"un məlumatına görə, bunu qonaq komandanın bir qrup azarkeşinin tribunaya buraxılmaması səbəb olub. Polislər məcburən ayaq üstə duran fanatlara kluba ayrılmış 100 nəfərlik yerin artıq dolduğunu bildirərək, onları stadiondan uzaqlaşdırmaq istəyiblər. Buna etiraz edən tərəfdarlar isə tribunadan çıxmaq istəməyiblər.

İnsidentin böyüməsinə iki klubun rəsmiləri imkan verməyiblər. Onlar polislərlə danışıqlar apararaq, həmin azarkeşləri tribunada yer almasına nail olublar.

Qeyd edək ki, "Kapital Bank Arena"da keçirilən "Sumqayıt" - "Neftçi" qarşılaşmasında hələlik hesab açılmayıb - 0:0.

Son xəbərlər

Orphus sistemi