"Sumqayıt" millinin sabiq üzvü ilə müqavilə bağlayıb

"Sumqayıt" millinin sabiq üzvü ilə müqavilə bağlayıb "Sumqayıt" Azərbaycan millisinin sabiq qapıçısı Andrey Popoviçi heyətinə qatıb.
Futbol
2 aprel 2022 08:23
Sumqayıt millinin sabiq üzvü ilə müqavilə bağlayıb

"Sumqayıt" Azərbaycan millisinin sabiq qapıçısı Andrey Popoviçi heyətinə qatıb.

"Report"un əldə etdiyi məlumata görə, 30 yaşlı Ukrayna əsilli qolkiperlə cari mövsümün sonunadək müqavilə imzalanıb. Razılığa əsasən, sözləşmənin müddəti sonradan daha 1 il uzadıla bilər. O, "Sumqayıt"da 23 nömrəli formada çıxış edəcək.

Rəsmi açıqlamanın yaxın vaxtlarda veriləcəyi gözlənilir

Qeyd edək ki, bu, Andrey Popoviç daha əvvəl 2011/12, 2013/14 və 2014/15 mövsümlərində "Sumqayıt"ın formasını geyinib. 2008 - 2012-ci illərdə Azərbaycanın U-19, U-21 və əsas yığmalarında çıxış etmiş təcrübəli oyunçu "Bakı", "Abşeron" və "Qəbələ" komandalarının da şərəfini qoruyub.

Onun son klubu Ukrayna LNZ-si olub.

Son xəbərlər

Orphus sistemi