"Sumqayıt" millimizin sabiq futbolçusu ilə müqavilə imzaladı

"Sumqayıt" millimizin sabiq futbolçusu ilə müqavilə imzaladı Premyer Liqanın 2-ci yarısı üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.
Futbol
15 Yanvar , 2021 13:22
Sumqayıt millimizin sabiq futbolçusu ilə müqavilə imzaladı
Dmitri Nağıyev

Premyer Liqanın 2-ci yarısı üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda son olaraq Moldovanın “Dinamo-Avto” komandasında çıxış etmiş Dmitri Nağıyevi heyətinə qatıb.

26 yaşlı sağ cinah müdafiəçisi ilə 2.5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Dmitri Nağıyev 2018-ci ilin iyulunda "Sumqayıt"la müqavilə bağlasa da, 1 ay sonra Portuqaliyanın I Divizion təmsilçisi "Cova da Piedade" klubuna keçib.

O, Azərbaycanın U-21 millisinin də şərəfini qoruyub. "Sumqayıt" daha əvvəl Mehdi Şərifi və Höccət Haqverdini heyətinə qatıb, Cabir Əmirlini isə "Neftçi"dən icarəyə götürüb.

Son xəbərlər

Orphus sistemi