"Sumqayıt" milli üzvünü heyətinə qatıb

"Sumqayıt" milli üzvünü heyətinə qatıb Transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.
Futbol
10 Avqust , 2022 20:14
Sumqayıt milli üzvünü heyətinə qatıb

Transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunu heyətinə cəlb edib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi ötən mövsümü Slovakiyanın yüksək liqa təmsilçisi “Sered”də keçirmiş Şimali Makedoniya millsinin üzvü Todor Todoroski ilə 2 illik müqavilə imzalayıb.

23 yaşlı cinah müdafiəçisi yeni komandasında 12 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Todor Todoroski karyerası ərzində Şimali Makedoniyanın “Vardar”, Xorvatiyanın “Osiyek”, “Sibernik”, və Serbiyanın “Radniçki” klubunda çıxış edib. Hazırda Şimali Makedoniyanın əsas milli komandasının şərəfini qoruyan futbolçu həmçinin U-17, U-18, U-19, U-20, U-21 milli komandalarına da cəlb olunub.

Son xəbərlər

Orphus sistemi