"Sumqayıt" komandasının Antalyadakı ilk rəqibi dəyişib

"Sumqayıt" komandasının Antalyadakı ilk rəqibi dəyişib Bakı. 24 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində hazırlıq keçən “Sumqayıt” klubunun Polşa Poqonu ilə yoxlama görüşü baş tutmayacaq. 
Futbol
24 yanvar 2018 09:53
Sumqayıt komandasının Antalyadakı ilk rəqibi dəyişib

Bakı. 24 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində hazırlıq keçən “Sumqayıt” klubunun Polşa "Poqon"u ilə yoxlama görüşü baş tutmayacaq. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna səbəb "Poqon"un öncədən planlaşdırılmış matçdan imtinasıdır. 

Əvəzində "gənclik şəhəri" təmsilçisi Rumıniya "Konkordiya"sı ilə razılığa gəlib. Yanvarın 25-də “The Sense De Luxe” otelinin stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. 

Qeyd edək ki, 1957-ci ildə yaranmış “Konkordiya” Kyajna bölgəsini təmsil edir. Rumıniya yüksək liqasında 7-ci mövsümünü keçirən Yon Moldovanın komandası turnir cədvəlinin 12-ci pilləsində qarşılaşıb. "Konkordiya"nın daha əvvəl yanvarın 25-də "Neftçi" ilə qarşılaşacağı bildirilirdi. 

Son xəbərlər

Orphus sistemi