"Sumqayıt" klubunun Avropa Liqasındakı rəqibi bilindi

"Sumqayıt" klubunun Avropa Liqasındakı rəqibi bilindi Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.
Futbol
10 Avqust , 2020 15:16
Sumqayıt klubunun Avropa Liqasındakı rəqibi bilindi

Bu gün UEFA Avropa Liqasında I təsnifat mərhələsinin püşkü atılıb.

"Report"un məlumatına görə, onlayn formada keçirilən mərasimdə "Sumqayıt"ın da rəqibi müəyyənləşib.

"Gənclik şəhəri" təmsilçisi bu mərhələdə Şimali Makedoniyanın "Şkendiya" klubu ilə qarşılaşacaq. Azərbaycan təmsilçisinin oyunu evdə olacaq.

Avropa Liqası

I təsnifat mərhələsi

"Sumqayıt" (Azərbaycan) - "Şkendiya" (Şimali Makedoniya)

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları avqustun 27-də gerçəkləşəcək. Avropa Liqasında təsnifat və pley-off mərhələləri bir oyundan ibarət olacaq.

Son xəbərlər

Orphus sistemi