"Sumqayıt" klubuna məxsus stadionda meydanın ot örtüyü tamamilə sökülüb

"Sumqayıt" klubuna məxsus stadionda meydanın ot örtüyü tamamilə sökülüb Bakı. 2 iyun. REPORT.AZ/ Sumqayıt klubuna məxsus Kapital Bank Arenanın əsas meydanında ot örtüyünün dəyişdirilmə prosesi davam edir.
Futbol
2 İyun , 2018 16:22
Sumqayıt klubuna məxsus stadionda meydanın ot örtüyü tamamilə sökülüb

Bakı. 2 iyun. REPORT.AZ/ "Sumqayıt" klubuna məxsus "Kapital Bank Arena"nın əsas meydanında ot örtüyünün dəyişdirilmə prosesi davam edir.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, artıq əsas meydanın süni ot örtüyü tamamilə sökülüb. Onun yerinə təbii ot örtüyü döşənəcək.

Komandanın yeni salınan ehtiyat meydanında isə biri təbii, digəri süni olmaqla iki məşq meydançası olacaq.

Son xəbərlər

Orphus sistemi