"Sumqayıt" klubu növbəti transferini gerçəkləşdirib

"Sumqayıt" klubu növbəti transferini gerçəkləşdirib Bakı. 12 iyun. REPORT.AZ/ Sumqayıt klubu 2018/2019 mövsümü üçün növbəti transferini reallaşdırıb.
Futbol
12 İyun , 2018 16:32
Sumqayıt klubu növbəti transferini gerçəkləşdirib

Bakı. 12 iyun. REPORT.AZ/ "Sumqayıt" klubu 2018/2019 mövsümü üçün növbəti transferini reallaşdırıb.

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, komanda son olaraq “Kəpəz”də çıxış etmiş Şəhriyar Əliyevi heyətinə qatıb. 26 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Şəhriyar Əliyev “Bakı”, “Qarabağ” və "Qəbələ" klublarında da çıxış edib. Əliyev Azərbaycanın U-21 və əsas millisinin də şərəfini qoruyub. "Sumqayıt" daha əvvəl Əfran İsmayılov və Elvin Məmmədovu transfer edib. 

Son xəbərlər

Orphus sistemi