"Sumqayıt" klubu İslamiadanın qalibi ilə yeni müqavilə bağlayıb

"Sumqayıt" klubu İslamiadanın qalibi ilə yeni müqavilə bağlayıb İyirmi üç yaşlı futbolçu yenə 19 nömrəli formanı geyinəcək
Futbol
1425
25 May , 2017 15:22
Sumqayıt klubu İslamiadanın qalibi ilə yeni müqavilə bağlayıb

Bakı. 25 may. REPORT.AZ/ "Sumqayıt" klubu daha bir futbolçusu ilə yeni müqavilə bağlayıb. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, sol cinah müdafiəçisi Azər Salahlı ilə 1 illik anlaşma əldə olunub. 

İyirmi üç yaşlı futbolçu yenə 19 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Azər Salahlı 2016/2017 mövsümündə "Sumqayıt"ın heyətində Premyer Liqada 27 qarşılaşmada ümumilikdə 2175 dəqiqə meydanda olub və 1 qol vurub. O, 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Son xəbərlər

Orphus sistemi