"Sumqayıt" klubu hücumçu ilə müqavilə imzaladı

"Sumqayıt" klubu hücumçu ilə müqavilə imzaladı Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Sumqayıt" komandası heyəti yeni futbolçu ilə gücləndirib.
Futbol
14 Avqust , 2020 16:11
Sumqayıt klubu hücumçu ilə müqavilə imzaladı
Əli Qurbani

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Sumqayıt" komandası heyəti yeni futbolçu ilə gücləndirib. 

Klubun Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, son olaraq İran təmsilçisi "Sepahan"da çıxış edən Əli Qurbani ilə müqavilə imzalanıb. 

29 yaşlı forvard 1+1 illik sözləşməyə qol çəkib. 

Qeyd edək ki, Əli Qurbani karyerası ərzində ölkəsində "Nassaci", "Qahar", "Naft Tehran", "Esteqlal" klublarının da formasını geyinib. Hücumçu 2018/2019 mövsümündə Slovakiyanın "Spartak" (Trnava) klubunun şərəfini qoruyub. 

Son xəbərlər

Orphus sistemi