Bakı. 9 mart. REPORT.AZ/ "Sumqayıt" klubu heyətinə yeni qapıçı cəlb edib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Rusiyanın "Anji" komandasında çıxış edən Mehti Cənətovla müqavilə bağlanılıb.
1992-ci il təvəllüdlü futbolçu 1,5 illik anlaşmaya qol çəkib.
Qeyd edək ki, M.Cənətov 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının şərəfini qoruyub.