"Sumqayıt" klubu dövrələrarası fasilədə ilk transferini həyata keçirib

"Sumqayıt" klubu dövrələrarası fasilədə ilk transferini həyata keçirib “Gənclər şəhəri” təmsilçisi "Keşlə"də çıxış etmiş Elnur Abdullayevi heyətinə qatıb
Futbol
19 Dekabr , 2017 15:21
Sumqayıt klubu dövrələrarası fasilədə ilk transferini həyata keçirib

Bakı. 19 dekabr. REPORT.AZ/ "Sumqayıt" futbol klubu dövrələrarası fasilədə ilk transferini həyata keçirib.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, “gənclər şəhəri” təmsilçisi "Keşlə"də çıxış etmiş Elnur Abdullayevi heyətinə qatıb.

31 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Abdullayev karyerası ərzində "Keşlə"dən (32 oyun, 2 qol) başqa, "Simurq" (13 oyun, 1 qol), "Xəzər Lənkəran" (114 oyun, 10 qol), "Muğan" (42 oyun, 2 qol), "Bakı" (69 oyun, 3 qol), "Olimpik" (12 oyun), "Neftçi" və "Turan"ın şərəfini qoruyub. O həmçinin 2006-2007-ci illər ərzində 3 dəfə Azərbaycan millisinin formasını geyinib.

Son xəbərlər

Orphus sistemi