"Sumqayıt" klubunun rəqibləri bəlli olub

"Sumqayıt" klubunun rəqibləri bəlli olub Sumqayıt klubu artıq yanvarın 3-dən etibarən Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlara start verib.
Futbol
9 Yanvar , 2020 16:20
Sumqayıt klubunun rəqibləri bəlli olub

"Sumqayıt" klubu artıq yanvarın 3-dən etibarən Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlara start verib. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda hazırlığın ilk hissəsini yanvarın 10-dək ölkə daxilində keçirəcək.

Yanvarın 12-də təlim-məşq toplanışının davamı üçün Antalyaya gedəcək "gənclik şəhəri" təmsilçisi qonşu ölkədə 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Macarıstanın "Kaposvar" (14 yanvar), Rumıniyanın "Politexnika İaşi" (17 yanvar),  Polşanın "Arka" (21 yanvar) klubları ilə qarşılaşacaq.

Qeyd edək ki, "Sumqayıt" klubu vətənə yanvarın 26-da qayıdacaq.  

Son xəbərlər

Orphus sistemi