"Sumqayıt"ın rəqibinin futbolçusu koronavirusa yoluxdu

"Sumqayıt"ın rəqibinin futbolçusu koronavirusa yoluxdu "Sumqayıt"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Şimali Makedoniya "Şkendiya"sı Azərbacyana ciddi itki ilə gələcək.
Futbol
417
25 Avqust , 2020 23:11
Sumqayıtın rəqibinin futbolçusu koronavirusa yoluxdu

"Sumqayıt"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Şimali Makedoniya "Şkendiya"sı Azərbaycana ciddi itki ilə gələcək.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın aparıcı oyunçularından Armend Alimi koronavirusa yoluxduğu üçün qarşıdakı matçda Tetovo təmsilçisinə kömək edə bilməyəcək.

Futbolçuda xəstəliyin simptomnları hiss olunmasa da, o, öz evində karantinə alınıb.

Qeyd edək ki, avqustun 27-də "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" - "Şkendiya" görüşü saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi