"Sumqayıt"ın Konfrans Liqasındakı rəqibi heyətinə yeni futbolçu cəlb edib

"Sumqayıt"ın Konfrans Liqasındakı rəqibi heyətinə yeni futbolçu cəlb edib "Sumqayıt"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi Macarıstan təmsilçisi "Fehervar" heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
23 iyul 2024 10:53
Sumqayıtın Konfrans Liqasındakı rəqibi heyətinə yeni futbolçu cəlb edib

"Sumqayıt"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində rəqibi olan Macarıstan təmsilçisi "Fehervar" heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" xəbər verir ki, Sekeşfehervar klubu "Puşkaş Akademiya"nın üzvü Gerqo Omingeri icarə əsasında heyətinə qatıb.

Macarıstanın U-21 millisinin üzvü yarımmüdafiədə çıxış edir.

Qeyd edək ki, "Sumqayıt" "Fehervar"la ilk matçını iyulun 25-də evdə, cavab qarşılaşmasını isə 31-də Macarıstanda keçirəcək.

Son xəbərlər

Orphus sistemi