"Sumqayıt"ın kapitanı növbəti oyunu da buraxacaq

"Sumqayıt"ın kapitanı növbəti oyunu da buraxacaq "Sumqayıt" klubunun futbolçusu Vurğun Hüseynov Azərbaycan Kubokunun 1/4 finalında "Səbail"ə qarşı cavab matçında iştirak etməyəcək.
Futbol
5 Fevral , 2021 10:17
Sumqayıtın kapitanı növbəti oyunu da buraxacaq
Vurğun Hüseynov

"Sumqayıt" klubunun futbolçusu Vurğun Hüseynov Azərbaycan Kubokunun 1/4 finalında "Səbail"ə qarşı cavab matçında da iştirak etməyəcək.

Klubdan "Report"a verilən məlumata görə, 33 yaşlı müdafiəçi zədə səbəbindən oynamayacaq.

Hüseynov Azərbaycan Premyer Liqasının XIV turunda Bakıda "Keşlə"ni 1:0 hesabı ilə məğlub etdikləri görüşdə əzələsini dartıb. Kapitan "Səbail"ə 0:1 hesabı ilə uduzduqları kubokun ilk 1/4 final oyununu buraxmalı olub.

Qeyd edək ki, fevralın 6-da “ASCO Arena”da keçiriləcək "Səbail" - "Sumqayıt" qarşılaşması saat 18:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi