"Sumqayıt"ın futbolçusu: "Qarşıdakı oyunlara hazırlaşmaq lazımdır"

"Sumqayıt"ın futbolçusu: "Qarşıdakı oyunlara hazırlaşmaq lazımdır" Bakı. 26 noyabr. REPORT.AZ/ Sumqayıtın futbolçusu Elvin Məmmədov Topaz Premyer Liqasının XII turunda səfərdə Zirəyə 1:3 hesabı ilə uduzduqları oyundan sonra birfinq keçirib.
Futbol
26 Noyabr , 2018 00:17
Sumqayıtın futbolçusu: Qarşıdakı oyunlara hazırlaşmaq lazımdır

Bakı. 26 noyabr. REPORT.AZ/ "Sumqayıt"ın futbolçusu Elvin Məmmədov Topaz Premyer Liqasının XII turunda səfərdə "Zirə"yə 1:3 hesabı ilə uduzduqları oyundan sonra birfinq keçirib.

"Report" həmin müsahibəni təqdim edir:

- Çoxdandır, oynamırdınız. Zədəniz ciddi idi?

- İki dəfə zədələndim. Zədəni bərpa etdikdən sonra, "Zirə" ilə elə yoxlama görüşündə xəsarət aldım və zədəm 20 faiz idisə, 30 faiz oldu. Sonuncu dəfə iki ay əvvəl "Qarabağ"la yoxlama görüşündə oynadım. Əlbəttə formanı yenidən yığmaq çətindir. Vaxt var, qarşıdakı oyunlara hazırlaşmaq lazımdır.

- İndi özünüzü necə hiss edirsiniz? 90 dəqiqə oynamağa hazır deyilsiniz?

- Əlbəttə hazır deyiləm. Bunu hiss edirəm. Baş məşqçi ilə də danışdım. Məşqlərdə maksimum işləyib formanı bərpa etmək istəyirəm.

- Nazim Süleymanovun dönəmində çox söz-söhbət oldu. Təcrübəli oyunçuların adının hallanması barədə nə deyə bilərsiniz?

- Bu barədə nə deyim? Sadəcə yaraşmaz. Əlində sübut yoxdursa, futbolçular haqqında nəsə demək düzgün deyil. Hamısı keçmişi olan futbolçulardır. Bu məsələyə görə danışmaq ayıbdır. Kim danışırsa yaraşdırmıram. Bilmirəm bu barədə kimlər danışır.

- Nazim Süleymanov özü deyib ki, komandada bəzi oyunçular onun gedişinə şərait yaradıblar...

- Sadəcə olaraq yaraşdırmıram. Ən azından futbolçularla işləyib, hamını tanıyır. Bu barədə danışmaq istəmirəm. Sadəcə vicdan olaraq insanlara bunu yaraşdırmıram.

- "Sumqayıt" çətin durumdadır, "Zirə"yə də uduzdunuz. Bundan sonra necə olacaq?

- Yeni baş məşqçimiz və yeni oyun stilimiz var. Yuxarı pillələrdən uzaqlaşdığımızı anlayırıq. Sadəcə bizə vaxt lazımdır. "Zirə"ni udmaq niyyətindəydik. Hamımız da qələbəni çox istəyirdik. Bu görünürdü, uşaqlar qaçırdı, işləyirdi. Amma olmadı. 

- Komandanın Sumqayıtdan kənarda oynaması nəticələr təsir edir?

- Əlbəttə. Sumqayıtdakı oyunlarımızda tribunalar dolu olurdu, azarkeşlər bizə çox dəstək verir. Azarkeş böyük amildir. Bundan sonra yəqin ki, öz meydanımızda oynayacağıq.

Son xəbərlər

Orphus sistemi