"Sumqayıt"ın futbolçusu çempionatın bərpa olunacağına inanmır

"Sumqayıt"ın futbolçusu çempionatın bərpa olunacağına inanmır Komanda şəklində Zoom proqramı ilə onlayn məşqlər keçirdik. Qəflətən televiziya vasitəsilə elan etdilər ki, karantin müddəti mayın 31-dək uzadılıb.
Futbol
4 May , 2020 12:55
Sumqayıtın futbolçusu çempionatın bərpa olunacağına inanmır

"Komanda şəklində "Zoom" proqramı ilə onlayn məşqlər keçirdik. Qəflətən televiziya vasitəsilə elan etdilər ki, karantin müddəti mayın 31-dək uzadılıb".

"Report"un məlumatına görə, bu fikirləri "Sumqayıt"ın israilli futbolçusu Əmir Ağayev ölkəsinin mətbuatına açıqlamasında Azərbaycanda karantin rejiminin uzadılması ilə bağlı danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi mövsümün bərpa olunacağına inanmadığını bildirib. O qeyd edib ki, komandasında özü ilə birlikdə təqribən 15 oyunçunun müqaviləsi mövsümün sonunda başa çatacağından, bu, müəyyən problemlər yaradacaq: "İsrail hökuməti vətəndaşlarını ölkəyə aparmaq üçün xüsusi reyslər təşkil edir. Amma hazırda qeyri-müəyyənlikdir. Çünki qayıdıb-qayıtmayacağım sual altındadır".

Təcrübəli futbolçunun sözlərinə görə, klubun ona borcu var: "Mayın 31-də "Sumqayıt"la müqaviləm başa çatacaq və azad oyunçu olacağam. Belədə İsrailə qayıda bilərəm. Digər tərəfdən, hələ də ödənilməyən maaşlarımız var. Bu, kabus və qeyri-müəyyənlikdir".

Ağayev bu yay İsrailə qayıtmağı planlaşdırdığını söyləyib: "Növbəti mövsümdə də burada davam edib-etməyəcəyimdən asılı olmayaraq, mütləq ölkəmə yollanacağam. Çünki 1 ildir İsraildən kənardayam. Yoldaşım hamilə olduğu üçün qış fasiləsində gedə bilmədim. İndiki vəziyyətdə ölkəmə qayıdıb-qayıtmayacağım isə hələ məlum deyil".

Qeyd edək ki, Əmir Ağayev 2019-cu ilin qışında "Sumqayıt"la 1,5 illik müqavilə bağlayıb.

Son xəbərlər

Orphus sistemi