“Sumqayıt”ın Bosniya və Herseqovina komandası ilə oyunu baş tutmayıb

“Sumqayıt”ın Bosniya və Herseqovina komandası ilə oyunu baş tutmayıb Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sumqayıt” komandasının bu günə nəzərdə tutulan yoxlama oyunu baş tutmayıb.
Futbol
1062
19 Yanvar , 2019 16:58
“Sumqayıt”ın Bosniya və Herseqovina komandası ilə oyunu baş tutmayıb

Bakı. 19 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan “Sumqayıt” komandasının bu günə nəzərdə tutulan yoxlama oyunu baş tutmayıb.

“Report”un məlumatına görə, Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv Bosniya və Herseqovina təmsilçisi “Çelik”lə qarşılaşamalı olsa da, matç rəqib komandanın son anda meydana çıxmaqdan imtina etməsi səbəbindən reallaşmayıb.

Qeyd edək ki, “Sumqayıt” ilk yoxlama görüşündə Qazaxıstanın “Jetısu” komandası ilə heç-heçə edib - 1:1. “Gənclik şəhəri” təmsilçisi yanvar 22-də “Vardar” (Makedoniya), 26-da isə “Zemun”la (Serbiya) qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi