Sumqayıt. 10 mart. REPORT.AZ/ "Qısa danışacam. Mənə çətindir. Futbolçularımı xarakterlərinə görə təbrik edirəm. Tapşırıqları yerinə yetirdilər".
"Report" xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının XX turunda evdə "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları matçdan sonra söyləyib.
38 yaşlı mütəxəssisin sözlərinə görə, referi Rəşad Əhmədov xətti tapdadığı üçün onu texniki zonadan kənarlaşdırıb: "Protokolda hakimliklə bağlı etirazı yazmaq işi ilə mən məşğul deyiləm. Hakimin oyunun nəticəsinə təsir edib-etmədiyini siz deyə bilərsiniz".