"Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov istefa verib

"Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov istefa verib Onunla müqaviləyə xitam verilib
Futbol
12 Noyabr , 2018 12:58
Sumqayıtın baş məşqçisi Nazim Süleymanov istefa verib

Bakı. 12 noyabr. REPORT.AZ/ "Sumqayıt" futbol komandasının baş məşqçisi Nazim Süleymanov istefaya göndərilib.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis səhhəti ilə əlaqədar müqaviləsinə xitam verilməsi üçün Müşahidə Şurasına müraciət edib. Süleymanovun istefa ərizəsi Müşahidə Şurasının üzvləri tərəfindən qəbul edilib və sözləşməsi bu gündən ləğv olunub.

Qeyd edək ki, Nazim Süleymanov bu ilin iyununda “Sumqayıt”ın baş məşqçisi təyin olunub və onunla iki illik müqavilə bağlanılıb. Komanda Azərbaycan Premyer Liqasında 11 turdan sonra 11 xalla 6-cı sırada qərarlaşıb. Sumqayıt təmsilçisi sonuncu turda “Keşlə”yə 1:4 hesabı ilə uduzub.

Son xəbərlər

Orphus sistemi