“Sumqayıt”ın baş məşqçisi: “Mövsümün sonunadək çətin olacaq”

“Sumqayıt”ın baş məşqçisi: “Mövsümün sonunadək çətin olacaq” “Qış fasiləsində sonra ilk oyun çətin olur. Futbolçularımızın əzmkarlığı bizi qane etdi. Rəqib azlıqda qaldıqdan sonra bizə çətin olacağını bilirdik. Bu gün iki xal itirsək də, 90 dəqiqəlik mübarizə, yoxlama oyunlarındakı çıxışımızın davamı bizi sevindirir. Mövsümün sonunadək çətin olacaq”.
Futbol
1 Fevral , 2020 20:02
“Sumqayıt”ın baş məşqçisi: “Mövsümün sonunadək çətin olacaq”

“Qış fasiləsində sonra ilk oyun çətin olur. Futbolçularımızın əzmkarlığı bizi qane etdi. Rəqib azlıqda qaldıqdan sonra bizə çətin olacağını bilirdik. Bu gün iki xal itirsək də, 90 dəqiqəlik mübarizə, yoxlama oyunlarındakı çıxışımızın davamı bizi sevindirir. Mövsümün sonunadək çətin olacaq”.

“Report”un məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov səfərdə “Neftçi” ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra mətbuat konfransında deyib. Gənc mütəxəssis mövsümü layiqli nəticə ilə başa vurmaq üçün ehtiyat qüvvəyə sahib olduqlarını bildirib.

O, “Neftçi”nin vurduğu bərabərlik qolunda ofsayd şübhəsi olmasına videogörüntü əsasında qiymət verəcəklərini söyləyib. Baş məşqçi komanda yoldaşlarına ötürmə verməyən Əmir Ağayevi müdafiə edib: “Oyun zamanı xəsislik etdiyini düşünürsən. Amma kadrlara baxanda bunun əksini görürsən”.

Növbəti turda qarşılaşacaqları keçmiş komandası “Zirə”yə qarşı heç bir prinsipinin qalmadığını deyən baş məşqçi bu komandanı qış fasiləsinin ən yaxşısı adlandırıb.

Abbasov Azərbaycan millisinin baş məşqçi postuna namizədlər sırasında yer almasının qürur verici olduğunu, amma hazırda "Sumqayıt"a rəhbərlik etdiyini dilə gətirib.

Son xəbərlər

Orphus sistemi