"Sumqayıt"ın baş məşqçisi: “İmkanlarımızdan yararlana bilmirik”

"Sumqayıt"ın baş məşqçisi: “İmkanlarımızdan yararlana bilmirik” Əlbəttə, oyuna yaxşı köklənmişdik. Futbolçularımıza 3 xal istədiyimizi demişdik. Futbolçularımızda oyun planında inkişafı görürük. Amma imkanlarımızdan yararlana bilmirik.
Futbol
102
8 Fevral , 2020 20:30
Sumqayıtın baş məşqçisi: “İmkanlarımızdan yararlana bilmirik”

"Əlbəttə, oyuna yaxşı köklənmişdik. Futbolçularımıza 3 xal istədiyimizi demişdik. Futbolçularımızda oyun planında inkişafı görürük. Amma imkanlarımızdan yararlana bilmirik".

“Report” xəbər verir ki, bunları "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, bir həftə ərzində çalışdıqları epizoddan qol buraxıblar: "Volkovun belə keçidlərinin olduğunu bilirdik. Amma belə bir epizoddan qol buraxdıq. Hər halda qələbəyə nail olduq. Nəticədən əlavə, yoldaşlıq görüşlərində istədiyimiz oyunu çempionat qarşılaşmalarında göstəririk. Gənclərimiz də inkişaf edir. Elvin Cəfərquliyev və Süleyman Əhmədovun oyunu xoşumuza gəlir. Bu gün Nəbi Məmmədovdan da yararlandıq".

Abbasov "Zirə"nin 9 nəfərlə qaldıqdan sonra tempin aşağı düşməsi və rəqibin arxaya çəkilməsi "Sumqayıt"ın çıxışına təsirsiz ötüşməyib: "Bu, sırf nəticəyə bağlı idi. Bu gün qələbəyə ehtiyacımız var idi".

Son xəbərlər

Orphus sistemi