"Sumqayıt" ilk transferini gerçəkləşdirdi

"Sumqayıt" ilk transferini gerçəkləşdirdi 2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" mövsümlərarası fasilədə ilk futbolçu keçidini gerçəkləşdirib.
Futbol
14 İyun , 2021 14:25
Sumqayıt ilk transferini gerçəkləşdirdi
Yusif Nəbiyev

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" mövsümlərarası fasilədə ilk futbolçu keçidini gerçəkləşdirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi əvvəllər də bu komandanın şərəfini qorumuş müdafiəçi Yusif Nəbiyevlə 1+1 illik müqavilə imzalayıb.

23 yaşlı cinah oyunçusu "Sumqayıt"da 74 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, son klubu "Qəbələ" olan Yusif Nəbiyev 2016/17 və 2018/19 mövsümlərində icarə əsasında "Sumqayıt"da oynayıb. Ümumilikdə 39 oyuna 4 qol vuran müdafiəçi "Zirə"nin (7 oyun) uğurları üçün də çalışıb. O, Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında da çıxış edib.

Son xəbərlər

Orphus sistemi