"Turan Tovuz" növbəti transferini açıqlayıb

"Turan Tovuz" növbəti transferini açıqlayıb "Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
30 İyun , 2022 17:55
Turan Tovuz növbəti transferini açıqlayıb

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək "Turan Tovuz" növbəti transferini açıqlayıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Tovuz təmsilçisi yarımmüdafiəçi Ehtiram Şahverdiyevi heyətinə qatıb.

Son olaraq “Qəbələ”nin formasını geyinmiş oyunçu ilə 1 illik müqavilə bağlanılıb.

15:09

"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Tovuz təmsilçisi Eltun Turabovu transfer edib.

Son olaraq “Sumqayıt”da forma geyinmiş müdafiəçi ilə 1 illik müqavilə bağlanıb.

Qeyd edək ki, "Turan Tovuz" 2022/2023 mövsümündən Azərbaycan Premyer Liqasında çıxış edəcək.

Son xəbərlər

Orphus sistemi