"Sumqayıt" baş məşqçisi ilə bağlı qərarını açıqladı

"Sumqayıt" baş məşqçisi ilə bağlı qərarını açıqladı Baş məşqçimiz Ayxan Abbasovla müqavilə yenilənib
Futbol
9 İyun , 2021 15:11
Sumqayıt baş məşqçisi ilə bağlı qərarını açıqladı

"Sumqayıt" klubu baş məşqçisi Ayxan Abbasovla müqavilənin müddətini uzadıb.

"Report" "gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı mütəxəssis növbəti mövsümdə də komandanın sükanı arxasında olacaq.

Qeyd edək ki, Ayxan Abbasovun rəhbərliyi altında 80 oyun keçirən “Sumqayıt” həmin qarşılaşmalarda 26 qələbə, 22 heç-heçə və 32 məğlubiyyət əldə edib.

Komanda onun rəhbərliyi ilə ilk dəfə Azərbaycan Premyer Liqasının mükafatçıları sırasına düşüb (3-cü yer), 2 dəfə Azərbaycan Kubokunun finalında iştirak edib, 2 dəfə isə avrokuboklara vəsiqə qazanıb.

Son xəbərlər

Orphus sistemi