"Ştutqart"ın futbolçusu adı və yaşının saxtalaşdırıldığını etiraf etdi

"Ştutqart"ın futbolçusu adı və yaşının saxtalaşdırıldığını etiraf etdi Almaniyanın "Ştutqart" komandasının futbolçusu Silas Vamangituka özünün əsl ad və yaşını açıqlayıb.
Futbol
8 İyun , 2021 19:47
Ştutqartın futbolçusu adı və yaşının saxtalaşdırıldığını etiraf etdi
Silas Vamangituka

Almaniyanın "Ştutqart" komandasının futbolçusu Silas Vamangituka özünün əsl ad və yaşını açıqlayıb.

"Report" xəbər verir ki, bunu Konqo Demokratik Respublikasından olan hücumçu klubun rəsmi saytına müsahibəsində etiraf edib.

O, yaşının 21 yox, 22, əsl adının isə Silla Katompa Mvumpa olduğunu və şəxsiyyəti barədə məlumatları agentinin dəyişdirdiyini söyləyib: "Bir neçə il əvvəl agentim mənim Parisdə onunla birgə yaşamağıma razılıq verdi. Əvəzində adımı və doğum tariximi dəyişdirdi. Son bir neçə ildə daim qorxu içində yaşamışam. Vətənimdəki ailəmdən də narahat idim. Bu həqiqəti açıqlamaq özüm üçün çətin addım oldu".

Hazırda "Ştutqart" məsələ ilə əlaqədar Almaniya Futbol Liqası və Almaniya Futbol İttifaqı ilə təmaslardadır.

Qeyd edək ki, Silas Vamangituka "Ştutqart"a 2019-cu ildə "Paris" klubundan keçib. O, ötən mövsüm 13 qol vuraraq, komandanın bombardiri olub.

Son xəbərlər

Orphus sistemi