​"Stok Siti" futbolçusunun anası Məkkədə faciə zamanı ölüb

​"Stok Siti" futbolçusunun anası Məkkədə faciə zamanı ölüb Mame Biram Diufun bacısı da faciə zamanı orda olub
Futbol
6 Oktyabr , 2015 22:03
​Stok Siti futbolçusunun anası Məkkədə faciə zamanı ölüb

Bakı. 6 oktyabr. REPORT.AZ/ İngiltərə Premyer Liqasında çıxış edən "Stok Siti" klubunun hücumçusu Mame Biram Diufun anası Qnilane Diuf Məkkədə Həcc ziyarəti zamanı yaranan basırıqda dünyasını dəyişib.

"Report" "Standard" nəşrinə istinadən xəbər verir ki, faciə zamanı seneqallı futbolçunun bacısı da anasının yanında olub, lakin kiçik zədə ilə ötüşüb.

Məkkədə faciə sentyabrın sonlarında baş verib. Yaranan basırıq zamanı ölənlərin sayı 769 nəfər təşkil edib.

Son xəbərlər

Orphus sistemi