Stiven Cerrard futbolçulara daha bir neçə qidanı qadağan edib

Stiven Cerrard futbolçulara daha bir neçə qidanı qadağan edib İngiltərənin "Aston Villa" komandasının baş məşqçisi Stiven Cerrard futbolçulara pəhrizlə bağlı yeni qadağalar tətbiq edib.
Futbol
1059
23 Noyabr , 2021 20:02
Stiven Cerrard futbolçulara daha bir neçə qidanı qadağan edib

İngiltərənin "Aston Villa" komandasının baş məşqçisi Stiven Cerrard futbolçulara pəhrizlə bağlı yeni qadağalar tətbiq edib.

"Report" "The Telegraph"a istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis oyunçulara bundan sonra qazlı içki, sıyıq və isti şokolad qəbul etməməyi tapşırıb. Həmçinin futbolçular bir neçə növ sousdan, o cümlədən mayonezdən imtina etməli olacaqlar.

Amma matçdan bir gün əvvəl bədənin karbohidrat ehtiyacını ödəmək üçün şirniyyat yeməyə icazə veriləcək. İngiltərəli mütəxəssisin fikrincə, bu qadağalar futbolçulara boş kalori qəbulunu azaltmaq imkanı yaradacaq.

Qeyd edək ki, "Aston Villa" ilə 2024-cü ilin iyununadək müqavilə imzalayan Stiven Cerrard daha əvvəl oyunçulara ketçupu qadağan edib.

Son xəbərlər

Orphus sistemi