Stevan Yovetiç: "Azərbaycanla oyunda qazandığımız xal məni sevindirir"

Stevan Yovetiç: "Azərbaycanla oyunda qazandığımız xal məni sevindirir" "Hər oyun ayrıca tarixdir. Səfərdə Kipri 2:0 hesabı ilə məğlub etmişik. Amma bu, hələ heç nə demək deyil. Növbəti dəfə qələbəyə ehtiyacımız var. Şansımız davam edir. Bundan yararlanmasaq, deməli, heç nə etməmişik".
Futbol
15 Noyabr , 2020 00:59
Stevan Yovetiç: Azərbaycanla oyunda qazandığımız xal məni sevindirir
Stevan Yovetiç

"Hər oyun ayrıca tarixdir. Səfərdə Kipri 2:0 hesabı ilə məğlub etmişik. Amma bu, hələ heç nə demək deyil. Növbəti dəfə qələbəyə ehtiyacımız var. Şansımız davam edir. Bundan yararlanmasaq, deməli, heç nə etməmişik".

"Report"un məlumatına görə, bu fikirləri Monteneqro yığmasının futbolçusu Stevan Yovetiç UEFA Millətlər Liqasının V turunda Azərbaycanla qolsuz heç-heçə etdikləri oyundan sonra deyib.

31 yaşlı hücumçu bildirib ki, futbolçulara Kipr - Lüksemburq görüşünün hesabı barədə sona 20 dəqiqə qalmış informasiya veriblər: "Həmçinin əsas rəqibimizin azlıqda qaldığını dedilər. Bundan sonra hesabı qorumağa çalışdıq. Çünki meydanda 10 nəfərlə qalmışdıq".

Fransanın "Monako" klubunda oynayan forvard meydana qələbə üçün çıxdıqlarını vurğulayıb: "Oyuna yaxşı başladıq, amma qırmızı vərəqədən sonra rəqib bizi narahat edirdi. Buna görə də nəticəyə oynadıq və qazandığımız xal məni sevindirir.

Nadir hallarda hesabı qorumaq üçün oynayırıq. İtaliyada oynadığım 6 il ərzində bizə hər gün bunu öyrədirdilər. Biz məsələyə bu cür yanaşmırıq, amma istədiyimiz nəticəni əldə etdik".

Təcrübəli oyunçu azlıqda qalmalarına baxmayaraq, komandasının xarakter nümayiş etdirdiyini deyib: "Bizim üçün asan deyildi. Amma qrupda ilk yer uğrunda mübarizə apardığımızı və bunun nə dərəcədə önəmli olduğunu göstərdik. Qırmızı vərəqə alsaq da, yaxşı oynadıq. Düzdür, rəqib bizi narahat etdi, amma xarakter sərgilədik. Müdafiəyə qayıtmaqdan yoruldum. Lakin normaldır. Əsas odur ki, yaxşı nəticə qazandıq".

İkinci hissədə meydanın mərkəzindən topu qapıya göndərən futbolçu zərbənin qolla nəticələnməməsinə təəssüfləndiyini bildirib: "Qapıçının öndə olduğunu gördüm və uzaq məsafədən bəxtimi sınadım. Təəssüf ki, çərçivəyə düşə bilmədim. Top qapıdan keçsəydi, karyeramın ən baxımlı qollarından biri olardı".

Son xəbərlər

Orphus sistemi