Stefan Mitroviç: "DÇ-2022-yə Azərbaycan kimi yığmaları udanlar gedəcək"

Stefan Mitroviç: "DÇ-2022-yə Azərbaycan kimi yığmaları udanlar gedəcək" Bu, köklənməli olduğumuz oyundur"
Futbol
28 Mart , 2021 13:51
Stefan Mitroviç: DÇ-2022-yə Azərbaycan kimi yığmaları udanlar gedəcək

"Bu komanda və onun hər bir oyunçusu ilə fəxr edirəm. Amma ilk iki oyuna qurduqlarımızı dağıda bilmərik. Matçdan-matça artırmalı, ürəklə və cəsarətlə oynamalı, qələbələr qazanmağa və xallar toplamağa davam etməliyik".

"Report"un məlumatına görə, bunu Serbiya milli komandasının futbolçusu Stefan Mitroviç evdə Portuqaliya yığması ilə 2:2 hesablı heç-heçə etdikləri 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra deyib.

Fransa "Strasbur"unda çıxış edən 31 yaşlı müdafiəçi martın 30-da Bakıda Azərbaycan millisi ilə keçirəcəkləri görüşə ciddi yanaşmalarının vacibliyini vurğulayıb: "Azərbaycana soyuq başla getməliyik. Dünya çempionatına bu cür daha zəif rəqiblərlə görüşlərdə xallar toplayan komanda gedəcək. Bu, köklənməli olduğumuz oyundur".

Mitroviç 90+3-cü dəqiqədə Kriştianu Ronaldunun sayılmayan qol epizodunu da şərh edib. Təcrübəli oyunçu topu qapı xətti üzərindən çıxardığını iddia edib: "Ronaldunun situasiyaya öz baxışı var. O, əsəbiləşə bilər, amma mən topun qapı xəttini keçdiyini düşünmürəm. Nəticədən o qədər də razı deyilik, çünki qələbəyə doğru gedirdik".

Qeyd edək ki, hazırda Serbiya və Portuqaliya yığmaları 2 oyundan 4 xalla A qrupuna başçılıq edirlər. İlk turda Portuqaliyaya 0:1 hesabı ilə uduzmuş Azərbaycan millisi Serbiyanı Bakı Olimpiya Stadionunda qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi