Stavros Papadopulos: "Kipr millisində xaos hökm sürür"

Stavros Papadopulos: "Kipr millisində xaos hökm sürür" "Lüksemburqdakı məğlubiyyət təhqirir. Qarşıda 3 oyun qalıb, onları uda və şansları saxlaya bilərik".
Futbol
12 Oktyabr , 2020 10:31
Stavros Papadopulos: Kipr millisində xaos hökm sürür

"Səviyyəcə özümüzdən aşağı olan komandalarla oynamaq və xal qazanmamaq mümkün deyil. Bizi narahat edən budur. İnanıram ki, vəziyyəti yaxşılaşdırmağın hansısa yolu var. Hazırda isə hədəflərimizdən uzağıq".

"Report"un məlumatına görə, bu fikirləri Kipr millisinin sabiq baş məşqçisi Stavros Papadopulos yığmanın UEFA Millətlər Liqasında uğursuz çıxışı barədə danışarkən deyib.

67 yaşlı mütəxəssis bildirib ki, komandanın oyununda irəliləyiş nəzərə çarpmır: "Azərbaycan, Monteneqro, Lüksemburq kimi yığmaları udmamaq mümkün deyil. Milliyə cəlb olunan gəncləri məyus etdik. Kipr üçün Lüksemburqdakı məğlubiyyət təhqirir. Qarşıda 3 oyun qalıb, onları uda və şansları saxlaya bilərik. Hazırda yığmada xaos hökm sürür. Amma vəziyyətin düzələcəyinə dair zəmanət də var".

Qeyd edək ki, oktyabrın 13-də Albaniyanın Elbasan şəhər stadionunda keçiriləcək Azərbaycan - Kipr görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi