Stanislav Çerçesov: "Qarabağ"la matç tarixdə qalıb"

Stanislav Çerçesov: "Qarabağ"la matç tarixdə qalıb" "Qarabağ"la matç artıq tarixdə qalıb".
Futbol
14 Avqust , 2022 17:00
Stanislav Çerçesov: Qarabağla matç tarixdə qalıb

"Qarabağ"la matç artıq tarixdə qalıb".

"Report"un məlumatına görə, bunu Macarıstanın "Ferentsvaroş" komandasının baş məşqçisi Stanislav Çerçesov klubun rəsmi saytına müsahibəsində deyib.

58 yaşlı mütəxəssis UEFA Çempionlar Liqasında mərhələ adlaya bilmədikləri üçün təəssüfləndiklərini bildirib: "Amma irəli baxmalıyıq. Çünki qarşıda mühüm qarşılaşmalar var. "Fehervar"la çempionat görüşünə köklənmişik. Rəqibi analiz etmişik və oyuna tam hazırıq".

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk matçında Bakıda rəqibi ilə 1:1 hesablı heç-heçə edən "Qarabağ" Budapeştdə "Ferentsvaroş"a qalib gəlib - 3:1. "Köhlən atlar" pley-offda Çexiyanın Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə görüşəcək.

Son xəbərlər

Orphus sistemi