İngiltərə klubunun yeni stadionunun açılışı növbəti dəfə təxirə salınıb

İngiltərə klubunun yeni stadionunun açılışı növbəti dəfə təxirə salınıb Bakı. 7 fevral. REPORT.AZ/ İngiltərənin Tottenhem klubunun yeni stadionunun açılışı növbəti dəfə təxirə salınıb.
Futbol
8471
7 Fevral , 2019 19:33
İngiltərə klubunun yeni stadionunun açılışı növbəti dəfə təxirə salınıb

Bakı. 7 fevral. REPORT.AZ/ İngiltərənin "Tottenhem" klubunun yeni stadionunun açılışı növbəti dəfə təxirə salınıb. 

"Report" klubun saytına istinadən xəbər verir ki, komanda İngiltərə Premyer Liqasının XXIX turunda "Arsenal"la matçı yeni arenada keçirmək istəsə də, bu baş tutmayıb. 

London təmsilçisi yeni tikilən stadionundakı təhlükəsizlik problemləri səbəbindən rəqiblərini "Uembli" stadionunda qəbul etməlidir. 

Qeyd edək ki, tarixi "Uayt Hart Leyn" stadionunun yanında inşa olunmuş yeni arena bu mövsümün əvvəlində istifadəyə verilib, lakin bir sıra çatışmazlıqlara görə stadionun açılışı dəfələrlə təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi