Stadionlar Azərbaycan Premyer Liqasının oyunlarına hazırdır

Stadionlar Azərbaycan Premyer Liqasının oyunlarına hazırdır Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII tur matçlarının keçiriləcəyi stadionlar tam hazır vəziyyətə gətirilib
Futbol
25 Fevral , 2021 13:39
Stadionlar Azərbaycan Premyer Liqasının oyunlarına hazırdır

Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII tur matçlarının keçiriləcəyi stadionlar tam hazır vəziyyətə gətirilib.

Bu barədə "Report"a Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib.

O, bütün 4 stadionun qardan təmizləndiyini vurğulayıb.

Qeyd edək ki, bu gün XVII turda Qəbələ şəhər stadionunda rayonun eyniadlı komandası "Sumqayıt"ı, Zirə İdman Kompleksinin stadionunda qəsəbənin eyniadlı klubu "Neftçi"ni, "Azersun Arena"da "Qarabağ" "Səbail"i, Bank Respublika Arena"da isə "Sabah" "Keşlə"ni qəbul edəcək.

Son xəbərlər

Orphus sistemi