"Sportinq" Ronaldunu transfer etməkdə israrlıdır

"Sportinq" Ronaldunu transfer etməkdə israrlıdır Portuqaliyanın "Sportinq" klubu İngiltərə "Mançester Yunayted"ində çıxış edən Kriştianu Ronaldunun transferi üzərində işi gücləndirib.
Futbol
18 Avqust , 2022 11:34
Sportinq Ronaldunu transfer etməkdə israrlıdır
Kriştianu Ronaldu

Portuqaliyanın "Sportinq" klubu İngiltərə "Mançester Yunayted"ində çıxış edən Kriştianu Ronaldunun transferi üzərində işi gücləndirib.

"Report" "Foot Mercato" nəşrinə istinadən xəbər verir ki, Lissabon təmsilçisinin idman direktoru Uqu Viana 37 yaşlı hücumçu və onun nümayəndələri ilə əlaqə saxlayıb.

Direktor Ronaldunu karyerasını "Sportinq"də davam etdirməyə çağırıb. Komandanın cari mövsüm UEFA Çempionlar Liqasının qrup mərhələsində iştirakı təcrübəli forvardın seçiminə təsir edə bilər.

Qeyd edək ki, Kriştianu Ronaldunun "Mançester Yunayted"lə 2023-cü ilin yayınadək müqaviləsi var. Ronaldu "Sportinq"in yetirməsi olub. O, 1997-2003-cü illərdə bu klubun formasını geyinib.

Son xəbərlər

Orphus sistemi