"Sportinq" "Qarabağ"la matçda 3000 bilet satışından məhrum olunub

"Sportinq" "Qarabağ"la matçda 3000 bilet satışından məhrum olunub Bakı. 16 sentyabr. REPORT.AZ/ Portuqaliyanın Sportinq klubu Qarabağla keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin ilk tur matçında 3000 nəfərlik sektora bilet satmaqdan məhrum edilib.
Futbol
16 Sentyabr , 2018 16:11
Sportinq Qarabağla matçda 3000 bilet satışından məhrum olunub

Bakı. 16 sentyabr. REPORT.AZ/ Portuqaliyanın "Sportinq" klubu "Qarabağ"la keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin ilk tur matçında 3000 nəfərlik sektora bilet satmaqdan məhrum edilib.

"Report" xəbər verir ki, bu barədə qərarı UEFA İntizam Komitəsi qəbul edib. Səbəb kimi aprelin 12-də İspaniya "Atletiko"su ilə Avroliqanın 1/4 final oyunu zamanı "Joze Alvalade" stadionunun tribunalarındakı azarkeşlərin hakimlərə yad əşyalar atması göstərilib. UEFA-nın qərarına əsasən, "Qarabağ"la oyun zamanı stadionun Mərkəzi Qərb hissəsindəki A1 - A7 və B1 - B3 sektorlarına keçmək mümkün olmayacaq.

Qeyd edək ki, sentyabrın 20-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi